Rotşildlərlərin şirkəti ilə Gürcüstan arasında müqavilə imzalandı
2021-12-17 14:48:00
Hurriyyet.az “Qruziya onlayn” portalına istinadən xəbər verir ki, Rothschild & Co şirkəti Gürcüstanı maliyyə mərkəzinə çevirməyi öhdəsinə götürüb. Bu barədə açıqlama Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə şirkətin icraçı direktoru Ariel Malard de Rotşildin görüşü zamanı verilib.
Gürcüstan hökuməti ilə şirkətin icraçı direktoru Ariel Malard de Potşild arasında Brüsseldə imzalanmış müqaviləyə görə, şirkət Gürcüstanın regional maliyyə mərkəzinə çevrilməsi strategiyası üzərində işləyəcək, əlavə maliyyə resurslarının və qrantların ölkəyə cəlb edilməsinə çalışacaq.
Rothschild & Co şirkəti dünyanın 40-dan artıq ölkəsində fəaliyyət göstərir.
Hürr Tərcüman