Rövnəq Abdullayev istəyinə nail oldu: Bu şəxsin vitse-prezident olmağı üçün...
2021-08-11 20:42:00
Xəbər verdiyimiz kimi, Prezindent İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezidentlər təyin edib.
Bu gün vitse-prezident təyin edilən Zaur Qurbanovun SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə yaxın münasibətləri mövcuddur.
Mənbənin bildirdiyinə görə, günlərdir R. Abdullayev məhz onun vitse-prezident təyin olunması üçün əlindən gələni edirdi və sonunda istəyinə nail olub.
Həmçinin, o da qeyd edilib ki, hər iki tərəf aralarındaki yaxın münasibəti gizli saxlamağa çalışır.
Qeyd edək ki, Zaur Qurbanov bu vəzifəyə təyin olunana qədər Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini vəzifəsini tutub.
Ən yaxın zamanda bu haqda daha geniş məlumat verəcəyik.\\Azadinfo.az