📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozuntusu - Foto

2022-03-14 11:16:00

Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozuntusu - Foto

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə məxsus avtomobillə yol hərəkəti qaydası pozulub.

Hurriyyet.az Avtosfer-ə istinadən xəbər verir ki, 90-AA-999 qeydiyyat nişanlı "Mercedes Maybach" markalı avtomobilin sürücüsü martın 13-də paytaxtın Əhməd Rəcəbli küçəsində dayanma-durma qaydasını kobud şəkildə pozub.

Belə ki, sürücü həm avtobus zolağında, həm də avtobus dayanacağında avtomobili park edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, 90-AA-999 nişanlı avtomobil "Black Sapphire" şirkətinə aiddir. Həmin şirkətin Rövnəq Abdullayevin olduğu bildirilir.

Eyni zamanda, 10-AA-999 və 99-AA-999 qeydiyyat nişanlı avtomobillər də Rövnəq Abdullayevə məxsusdur.