📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rövnəq Abdullayevin səhhətində problem yarandı - İclas təxirə düşdü

2024-01-10 17:55:12

Rövnəq Abdullayevin səhhətində problem yarandı - İclas təxirə düşdü

Xəbər verdiyimiz kimi, sabah Gəncədə keçirilməli olan AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.

Federasiyadan verilən məlumata görə, iclas AFFA prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşməsi səbəbindən təxirə düşüb.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli bildirib ki, tədbirin nə vaxt keçiriləcəyi barədə də məlumat veriləcək: “Rövnəq Abdullayevin səhhətində problem yarandığı üçün tədbir baş tutmayacaq. Çünki özü şəxsən iştirak etmək istəyirdi. Bu gün bildirdi ki, Gəncəyə gedə bilməyəcək”.