📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Röyter" yeni qrip növündən ilk ölüm xəbərini verib

2024-06-06 12:50:46

Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyinin məlumatına görə, dünyada insanın quş qripinin yeni növünə yoluxması və öldüyü ilə bağlı ilk fakt qeydə alınıb.
A(H5N2) virusunun Meksikada ev quşunda aşkar edildiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 59 yaşlı meksikalı xəstə nə ev quşu, nə də digər heyvanlarla təmasda olmayıb, xəstənin hərarəti yüksəlib, onda təngnəfəslik, diareya, ürəkbulanma və ümumi halsızlıq qeydə alınıb. Səhiyyə orqanları yoluxmanın mənbəyini tapmaq və bu qripin yayılma risklərini qiymətləndirmək üçün araşdırma aparırlar.
Hürr Tərcüman