📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Röyters”: ABŞ yüz min ukraynalı qaçqını qəbul eləməyə hazırdır, LGTBQ+ üzvlərinə üstünlük veriləcək

2022-03-24 20:56:00

“Röyters”: ABŞ yüz min ukraynalı qaçqını qəbul eləməyə hazırdır, LGTBQ+ üzvlərinə üstünlük veriləcək

Hurriyyet.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, ABŞ Ukraynadan olan 100 min nəfərə qədər qaçqını qəbul eləməyə hazırlaşır. Xəbərin yaxın günlərdə rəsmən təsdiqlənəcəyi gözlənilir – hələlik ABŞ Prezidenti CO Bayden NATO Sammitində ittirak eləmək üçün Avropada rəsmi səfərdədir.

Hamıya bərabər yanaşmayacaqlar – üstünlük kimlərə veriləcək?

 “Röyters” agentliyinin verdiyi məlumata görə, nəqliyyat və immiqrasiya logistikası bəlli olmadığından ukraynalı qaçqınların ABŞ-a necə gedəcəkləri hələlik aydın deyil. Agentliyin məlumatında deyilir ki, ukraynalı qaçqınların hamısına bərabər yanaşma olmayacaq – artıq qohumları ABŞ-da yaşayanlara, uşaqlara, qadınlara, məhdud imkanlı insanlara, jurnalistlərə, LGTBQ+ üzvlərinə və aktivistlərə üstünlük veriləcək.

Ağ Evdən verilən açıqlamaya görə, ukraynalı qaçqınlar ABŞ-a ailə vizası ilə, yaxud da qaçqınlar üçün proqram çərçivəsində gedə bilərlər.

Hürr Tərcüman