“Röyters”: “Qəzza qaçqınlarına dəhliz verilməyəcək”
Hurriyyet.az xəbər verir ki, “Röyters”in məlumatına görə, Misir Qəzza sektorundan getmək istəyənlərə dəhliz açmaqdan imtina edib. Misirin təhlükəsizlik xidmətlərində çalışan mənbənin sözlərinə görə, Qahirə Vaşinqton və digər ölkələrlə birlikdə Qəzza sektoru ilə sərhəd vasitəsilə humantiar yardımın tədaürükü planlarını müzakirə eləsə də, anklavı tərk edən qaçqınlar üçün təhlükəsiz dəhliz yaradılması ilə bağlı istənilən addımlardan imtina edib.
Agentliyin müsahibinin sözlərinə görə, bu qərar “fələstinlilərin öz ideyalarını və torpaqlarını müdafiə hüququnu qorumaq” zərurəti ilə bağlı verilib.
Qeyd edilir ki, bundan əvvəlki münaqişələrdə də Misir Qəzza sakinlərinin öz topraqlarına axın etməsini məhdudlaşdırıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi oktyabrın 11-də bəyan eləmişdi ki, ABŞ Misir və İsrail rəhbərlikləri ilə birlikdə qaçqınların Qəzza sektorundan çıxışı üçün dəhliz yaradılması imkanlarını müzakirə edir. Ondan bir gün əvvəl isə Fələstinin Baş naziri Məhəmməd Ştaye Qəzzaya tibbi yardım və ərzaq çatdırılması üçün təhlükəsiz humanitar dəhlizlərin açılmasının təmin edilməsini tələb eləmişdi. Avropa Şurasının xarici məsələlər üzrə xidmətinin rəhbəri Jozep Borrell və ÜST-ün rəsmi təmsilçisi Tarik Yaşareviç də də eyni bəyanat ilə çıxış eləmişdilər.
Hürr Tərcüman