📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Roza Zərgərliyə yüksək VƏZİFƏ VERİLDİ

2022-01-27 19:12:00

Roza Zərgərliyə yüksək VƏZİFƏ VERİLDİ

Müğənni Roza Zərgərliyə yeni fəaliyyətə başlayacağı "Kanal S"də vəzifə verilib.

Sənətçi telekanalın baş prodüseri vəzifəsini icra edəcək.

Sözügedən kanal gələn ay yayıma başlayacaq.

Qeyd edək ki, Roza Zərgərli 8 ildir televiziyada fəaliyyət göstərir. O, "Bakı vaxtı ilə" proqramının aparıcısı və müəllifi olub.

Müğənni hazırda ARB TV-də yayımlanan "Tam vaxtıdır" verilişinin həm aparıcısı, həm də layihə rəhbəridir. \\Lent.az