📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rsiya sülhməramlılarının yeni komandanı İrəvana getdi

2021-09-09 14:11:00

Rsiya sülhməramlılarının yeni komandanı İrəvana getdi

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, məlumatı “Aysor” yayıb.

O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.