📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

R.T.Ərdoğan 2023-cü il seçkilərində namizəd olacaq

2022-02-07 11:43:00

R.T.Ərdoğan 2023-cü il seçkilərində namizəd olacaq

Hurriyyet.az “Star” qəzetinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb. Bu barədə açıqlamanı Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli verib.

Bahçeli deyib: “Bizim prezidentliyə namizədimizin kim olacağı bəllidir – bu, R.T.Ərdoğandır. Mən onun prezident seçkilərində yenidən qalib olacağına inanıram”. Bahçeli “Cumhur İttifaqı”nın da növbəti parlament seçkilərində yenidən qalib olacağına inandığını bəyan edib.

2023-cü ilin iyununda Türkiyədə eyni zamanda həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Hakim AKP (Ədalət və İnkişaf Partiyası) ilə MHP (Milliyyətçi Hərəkat Partiyası)  “Cumhur İttifaqı”nda birləşiblər.

Hürr Tərcüman