📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

R.T.Ərdoğanın mətbuat katibi: “Putinin Türkiyəyə səfərinə hazırlıq görülür”

2022-02-08 10:20:00

R.T.Ərdoğanın mətbuat katibi: “Putinin Türkiyəyə səfərinə hazırlıq görülür”

Hurriyyet.az “Sabah” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın A Haber telekanalına müsahibəsində  Rusiya Prezidenti Vladimir Putinin Ankaraya səfərinə hazırlıq görüldüyünü bildirib. Kalın Putinin Türkiyəyə səfərinin dəqiq tarixinin yaxın günlərdə bəlli olacağını bildirib.

Xatırladaq ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Putinin Pekin Olimpiadasının açılış mərasimində iştirak elədikdən sonra Türkiyəyə səfərinin mümkün olacağını bildirmişdi. Kremlin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, epidemioloji vəziyyət və iş qrafiki imkan verən kimi V.Putin R.T.Ərdoğanın Türkiyəyə dəvətindən faydalanacaq.

İbrahim Kalın dünən axşam televizyaya açıqlamasında deyib: “Cənab Putinin ölkəmizə səfərinin tarixi yaxın günlərdə bəlli olacaq”.

Hürr Tərcüman