📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

2025-09-20 00:03:14

Ruanda Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

Ruanda Prezidenti Pol Kaqame sentyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ruanda Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıb. \\Yeniavaz.com