📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ruben Vardanyan avantüristdir“ - Bayramov

2022-12-23 17:22:00

“Ruben Vardanyan avantüristdir“ - Bayramov

“Milyarder Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır”.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, regionda məskunlaşmış Vardanyanın fəaliyyəti avantürist xarakter daşıyır: "O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Bu, yerli əhalinin reinteqrasiya prosesinə mane olur".

XİN başçısı bütün maraqlı tərəfləri regionda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə töhfə verməyə çağırıb.

C.Bayramov Azərbaycan tərəfinin bu istiqamətdə addımlar atdığını və bu addımları gələcəkdə də davam etdirməyə hazır olduğunu deyib.

yenisabah.az