📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rubinyan qondarma “Dağlıq Qarabağ” ifadəsini işlədib, BMT-ni “erməni irsini” qorumağa çağırıb

2022-07-26 20:17:00

Rubinyan qondarma “Dağlıq Qarabağ” ifadəsini işlədib, BMT-ni “erməni irsini” qorumağa çağırıb

O, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsidir

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, bu gün BMT Baş Assambleyasının sədri Abdullah Şahid və onun başçılıq elədiyi nümayəndə heyəti İrəvana gedib. Onu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan qəbul edib.

Türkiyə ilə münasibətlərin normallaşması üzrə Ermənistanın xüsusi nümayəndəsi olan Rubinyan BMT Baş Assambleyasının sədri Abdullah Şahid ilə görüş zmanı YUNESKO-nun və BMT-nin digər strukturlarının Azərbaycanın Qarabağ bölgəsinə səfər eləməsinin “zəruri olduğunu” söyləyib. Azərbaycan ərazisindən bəhs edərkən “Dağlıq Qarabağ” qondarma ifadəsindən istifadə edən Rubinyan qondarma “erməni mənəvi və mədəni irsinin”  təhlükə altında olduğunu iddia edib.

 

 

Hürr Tərcüman