Rubio İranın şərtlərini "cəfəngiyyat" adlandırdı- ABŞ-Tehran münasibətləri dalana dirənib
ABŞ Dövlət katibi Marko Rubio İranla pərdəarxası aparılan sülh danışıqları barədə son dərəcə bəbinik açıqlama verərək, prosesin dalana dirəndiyini bəyan edib.
Hurriyyet.net xəbər verir ki, ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri mətbuata müsahibəsində danışıqların hələlik heç bir real nəticə vermədiyini bildirib. Rubionun sözlərinə görə, İranın masaya qoyduğu tələblər təkcə qəbuledilməz deyil, həm də bəzi məqamlarda "rəzalət, cəfəngiyyat və tamamilə qeyri-real" xarakter daşıyır. Dövlət katibi vurğulayıb ki, Vaşinqton diplomatiya qapılarını tam bağlamasa da, Tehranın bu cür radikal mövqeyi fonunda tezliklə diplomatik sıçrayışın və ya razılaşmanın əldə olunması ehtimalı aşağıdır.
Mütəxəssislər qeyd edirlər ki, Qətər və digər regional vasitəçilər üzərindən aparılan təmaslarda əsas fikir ayrılığı İranın nüvə proqramının tam dayandırılması, sanksiyaların ləğvi mexanizmi və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi şərtləri ilə bağlıdır. ABŞ tərəfi Tehranın hərbi və nüvə ambisiyalarını tam məhdudlaşdırmağı tələb etdiyi halda, İran rəhbərliyi Vaşinqtondan kəskin kompensasiya və sanksiya güzəştləri tələb etməkdə davam edir.