📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rubio Zelenskinin ittihamlarılna cavab verdi - “Nasazlıq olub...”

2026-10-19 18:36:40

Rubio Zelenskinin ittihamlarılna cavab verdi - “Nasazlıq olub...”

ABŞ-nin Dövlət katibi Marko Rubio Özbəkistana səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bir neçə gün əvvəl Amerikanın raket buraxılışları barədə erkən xəbərdarlıq sistemində proqram xətası baş verdiyini açıqlayıb.

Hurriyyet.net  xəbər verir ki, Rubio sistemin hansı komponentinin – raketlərin aşkar edilməsi, məlumatların işlənməsi, yoxsa Ukrayna tərəfinə xəbərdarlıqların ötürülməsinin sıradan çıxdığını dəqiqləşdirməyib. 

Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) baş verənlərin təfərrüatlarını araşdırır və hesabat hazırlayacaq.

Dövlət katibi həmçinin oktyabrın 19-na keçən gecə Rusiyanın raket hücumu ilə bağlı Ukraynanın xəbərdarlıq almaması barədə xəbərləri şərh edə bilmədiyini bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski rus qoşunlarının ölkəyə bir neçə dalğada hücum etdiyini və "partnyorlardan yenə xəbərdarlıq gəlmədiyini" bildirmişdi. Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat daha sonra dəqiqləşdirmişdi ki, xəbərdarlıq raket zərbələrinin birinci dalğası zamanı daxil olmayıb, lakin ikinci dalğa zamanı əldə edilib.

Zelenskinin sözlərinə görə, Rusiya qoşunları 16 ballistik raket və 200-dən çox PUA buraxıb. Kiyevdə 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Zelenskinin ABŞ kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsində fasilə yaranması ilə bağlı bəyanatlarını şərh edən Rubio Ukrayna Prezidentinin belə bir məlumatı haradan aldığını bilmədiyini söyləyib. Dövlət katibinin iddialarına görə, heç bir pauza olmayıb.

O, Zelenskini müharibənin dayandırılmasına diqqət yetirməyə çağırıb və əlavə edib ki, Vaşinqton eyni davranışı Rusiyadan dа gözləyir.