📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rüfət Dadaşov darmadağına qolla töhfə verdi - VİDEO

2025-03-24 23:40:56

Rüfət Dadaşov darmadağına qolla töhfə verdi - VİDEO

Almaniyanın "Dinamo Berlin" komandası Liqa Kubokunda növbəti oyununu keçirib. 

Sözügedən komandada çıxış edən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov turnirin 1/4 finalında "Kroatiya" ilə matçın iştirakçısı olub.

“Dinamo” evdə rəqibini 3 cavabsız qolla darmadağın edib. Start heyətində meydana çıxan və matçı əvəzolunmadan keçirən Dadaşov qarşılaşmanın 60-cı dəqiqəsində komandasının 2-ci qolunun müəllifi olub.

Beləliklə, Rüfətin komandası yarımfinala yüksəlib. Turnirə mayın 24-də yekun vurulacaq. \\Fanat.Az