📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rüfət Səfərovla bağlı vəsatət təmin olunmadı - MƏHKƏMƏ

2025-02-26 18:00:01

Rüfət Səfərovla bağlı vəsatət təmin olunmadı - MƏHKƏMƏ

Tanınmış hüquq müdafiəçisi Rüfət Səfərovun məhkəməsi keçirilib.

Hurriyyet.az xəbər verir ki, proses Binəqədi rayon Məhkəməsində baş tutub.

Məhkəmədə R.Səfərovun vəkilləri Cavad Cavadovla Elçin Sadıqovun onun ev dustaqlığına buraxılması üçün verdiyi vəsatətə baxılıb. Vəkillər hüquq müdafiəçisinin yaşadığı yerin bilindiyini, həbsdə saxlanmasına, istintaqdan yayınacağına əsaslı şübhənin olmadığını bildiriblər.

Prosesə sədrlik edən hakim Elçin Ağayev hüquq müdafiəçisi haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi barədə vəsasəti təmin etməyib.

R.Səfərovun vəkilləri bu qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi R.Səfərov ötən il dekabrın 3-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Modern.az