📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rüfət Səfərovun anasının ölkədən çıxışına qoyulan “stop” götürüldü

2025-01-07 14:55:13

Rüfət Səfərovun anasının ölkədən çıxışına qoyulan “stop” götürüldü

Müdafiə Xətti İnsan Hüquqları Təşkilatının hazırda həbsdə olan  rəhbəri Rüfət Səfərovun anası Tahirə Səfərovanın ölkədən çıxışına qoyulan qadağa götürülüb. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Səfərovlar ailəsindən məlumat verilib.

Məlumata görə, Tahirə Səfərova və həyat yoldaşı Eldar Sabiroğlu bugün səhər saatlarında ölkəni tərk edə bilib.

Gununsesi.info