📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rumıniya 14 rusiyalı jurnalistə viza verməkdən imtina edib

2022-09-24 23:07:00

Rumıniya 14 rusiyalı jurnalistə viza verməkdən imtina edib

Rumıniya Xarici İşlər Nazirliyi “Russia Today” kanalının əməkdaşlarına viza verilməsindən imtina edilməsi məsələsinə aydınlıq gətirib.

Jurnalistlər Beynəlxalq Rabitə İttifaqının Buxarestdə keçirilən konfransını işıqlandırmalı idilər.

Nazirlik bildirir ki, Rusiya XİN-in sorğusu əsasında 17 vəzifəli şəxsə viza verilib. Lakin “Russia Today” kanalının 14 əməkdaşının Rusiyanın Rabitə və Rəqəmsal İnkişaf Nazirliyinin vəzifəli şəxsləri kimi təqdim edilməsi qanunauyğun deyil.

Rumıniya tərəfi hesab edir ki, 14 nəfərə vizadan imtina edilməsi Rusiyanın maraqlarına toxunmur və nümayəndələr tədbirdə lazımi qaydada iştirak ediblər. \\Cebhe.info