📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rumıniya Prezidenti Azərbaycana gəldi

2023-02-02 16:14:00

Rumıniya Prezidenti Azərbaycana gəldi

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycana rəsmi səfərə gəlib.

Hurriyet.az xəbər verir ki, Azərbaycanın və Rumıniyanın Dövlət Bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rumıniya Prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.