Rumıniya Prezidenti Rusiyanın sərhədə hücumunu pislədi
2023-07-24 17:11:00
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Rumıniya Prezidenti Klaus İohannis Rusiyanın Ukrayna ilə Rumıniya sərhədindəki Reni liman şəhərinin infrastrukturuna endirdiyi son zərbəni qətiyyətlə pislədiyini bildirib. Klaus öz "Tvitter" səhifəsində yazıb: “Mən Rusiyanın bu yaxınlarda Ukraynanın Rumıniyaya çox yaxın ərazidə, Dunay sahilindəki mülki infrastrukturuna endirdiyi zərbələri qətiyyətlə pisləyirəm. Bu eskalasiya Qara dənizin təhlükəsizliyi üçün ciddi risklər yaradır. O, həm də Ukrayna taxılının bundan sonrakı nəqlinə, bununla da qlobal ərzaq təhlükəsizliyinə təsir edir”.
Hürr Tərcüman
.png)