Rumıniyada gizli dron fəlakəti: Radarlardan yayınaraq sərhədi keçdi və yerə çırpıldı
2026-08-14 19:54:12
NATO üzvü olan Rumıniyada Ukrayna sərhədinin yaxınlığında pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Hurriyyet.Media xəbər verir ki, "Le Monde" nəşrinin Rumıniya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, alçaq hündürlükdə uçan və radarlara düşməyən dron ölkənin cənub-şərqində, Ukrayna sərhədindən cəmi 5 kilometr məsafədə yerləşən Lunkavitsa kəndi yaxınlığında aşkar olunub.
Rumıniya hərbi idarəsi PUA-nın hansı ölkəyə məxsus olduğunu açıqlamasa da, hadisə nəticəsində hər hansı tələfat və ya dağıntının qeydə alınmadığını bildirib.