Rumıniyada NATO-nun irimiqyaslı hərbi-dəniz təlimləri keçirilir
2024-04-08 15:43:50
Hurriyyet.az xəbər verir ki, Rumıniya radiosunun verdiyi məlumta görə, ölkədə NATO-nun "Dəniz qalxanı-2024" hərbi-dəniz təlimləri keçirilir. Təlimdə ev sahibi ilə yanaşı, alyansın üzvü və tərəfdaşı olan 12 ölkə – Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Finlandiya iştirak edir. Rumıniyanın Hərbi Dəniz Qüvvələrinin manevrlərinə 2,2 mindən çox hərbçi və 135 hərbi texnika – 27 ədəd dəniz və çay gəmisi, 17 təyyarə, 91 maşın cəlb edilib. Təlimlər aprelin 21-də başa çatacaq.
Hürr Tərcüman