📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rumıniyada prezident seçkilərinin qalibi bəlli olub

2025-05-19 09:45:51

Rumıniyada prezident seçkilərinin qalibi bəlli olub

Hurriyyet.az xəbər verir ki, Avropa meylli müstəqil namizəd, paytaxtın meri Nikişor Dan Rumıniyada keçirilən prezident seçkilərinin qalibi olub. O, səslərin 54,17 faizini toplaya bilib.
Bu nəticələr bülletenlərin 98,56 faizinin hesablanmasından sonra Daimi Seçki İdarəsinin saytında dərc edilib.
Danın minlərlə tərəfdarı onun seçki qərargahının qarşısında toplaşaraq "Nikuşor!" "Avropa!" "Rumıniya!". Rumıniyanın gələcək Prezidentinin çıxış edəcəyi gözlənildiyi üçün paytaxt Buxarest şəhərinin mərkəzindəki Yelizabet bulvarında nəqliyyatın hərəkəti bağlanıb.
Hürr Tərcüman