📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rumıniyadan Rusiya gəmilərinə qadağan

2022-04-16 15:05:00

Rumıniyadan Rusiya gəmilərinə qadağan

Hurriyyet.az xəbər verir ki, Rumıniya Rusiya gəmilərinə Qara dənizdəki limanlara daxil olmağı qadağan edib. “Ziua de Constanta” nəşrinin yazdığına görə, Rumıniyanın Hərbi-Dəniz İdarəsi Rusiya bayrağı daşıyan gəmilərin öz limanlarına daxil olmasını qadağan edib. Qadağan aprelin 17-dən qüvvəyə minir.

Yalnız köməyə ehtiyacı olan, sığınacaq axtaran, qəzalı vəziyyətə düşdüyü üçün limana yan almaq məcburiyyətində olan gəmilərin Rumıniya limanlarına daxil olmasına icazə veriləcək.

Hürr Tərcüman