📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rus desantları Ukrayna ordusunun maşını ilə Kiyevə girir – Video

2022-02-25 12:30:00

Rus desantları Ukrayna ordusunun maşını ilə Kiyevə girir – Video

Rusiya ordusunun xüsusi təyinatlıları Ukrayna SQ-nin iki hərbi maşınını ələ keçirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlama yayıb.

O bildirib ki, Ukrayna əsgərinin paltarını geyinən rus diversantlar Oboloni istiqamətindən Kiyevin mərkəzinə doğru hərəkət edir.

Onları Rusiya hərbi kolonu müşayiət edir.

Ümumilikdə düşmənin Ukraynaya məxsus iki BBM “Kazak”, 3 KRAZ və Qaz-66-dan istifadə etdiyi (onların nömrə nişanları da yayılıb), Ukrayna əsgərinin formasında olduğu bildirilib.

Nazir müavini hər kəsi diqqətli olmağa çağırıb.