Rus ekspertin qapısına donuz başı qoyuldu
2023-09-27 14:35:01
Azərbaycan əleyhinə açıqlamaları ilə tanınan rusiyalı hərbi ekspert Konstantin Sivkovun qapısına donuz başı qoyulub.
O Rusiyanın Azərbaycana qarşı təhdid dilində danışan ekspertlərindən biridir və Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının sədr müavinidir.
“1000 kilometrlik cəbhə ilə bağlı məsələni həll edəndə, Azərbaycanla məsələni həll edəcəyik. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Azərbaycan liderlərinin Türkiyə və ABŞ-ın rəhbərliyinin təhriki ilə hərəkət edərək Rusiyaya ciddi problemlər yaratmasını Rusiya unutmayacaq”, deyə Sivkov hər zaman hədə-qorxu ritorikasında çıxışlar edirdi.
Ülviyyə, Hurriyyet.az