📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Rus Evi"nə "molotov kokteyli" atıldı

2026-03-27 12:53:56

Çexiyanın paytaxtı Praqadakı "Rus Evi" hücuma məruz qalıb.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə "Rus Evi"nin rəhbəri İqor Girenko bildirib.

Onun sözlərinə görə, martın 26-da naməlum şəxslər "Rus Evi"nin binasına "Molotov kokteyli" atıb.

Girenko atılan altı ədəd "Molotov kokteyli"ndən üçünün yanmadığını qeyd edib.