📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rus general-polkovnik artıq Laçındadır

2023-04-27 10:43:00

Rus general-polkovnik artıq Laçındadır

General-polkovnik Aleksandr Lentsov artıq Qarabağa gəlib.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni mediası öz mənbələrinə istinadla məlumat yayıb.

İddia edilib ki, Lentsov Laçın sərhəd-keçid məntəqəsinə də baş çəkib.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov Rusiya müdafiə nazirinin müşaviri, general-polkovnik Aleksandr Lentsov ilə əvəzlənib.