📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rus generalın arvadını oğurladılar

2023-05-12 17:57:00

Rus generalın arvadını oğurladılar

Moskvada Rusiya müdafiə nazirinin keçmiş müavini, general Aleksandr Kolmakovun arvadı oğurlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, mayın 10-da işdən qayıdan Kolmakov arvadını evdə tapmayıb.

Gecə saatlarında generala zəng edən naməlum şəxs ona deyib ki, arvadı oğurlanıb, əgər 1 milyon rubl verməsə, onun üçün pis olacaq.

Generalın polisə müraciət etdiyi bildirilir.

Azpolitika.info