📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rus hərbçilər geri çəkildi: Türkiyə ordusunun önü açıldı - Bölgədə vəziyyət dəyişir

2022-05-25 22:43:00

Rus hərbçilər geri çəkildi: Türkiyə ordusunun önü açıldı - Bölgədə vəziyyət dəyişir

Rusiyanın Suriyanın 8 strateji bölgəsindəki hərbçilərini geri çəkdiyi məlum olub.

Bu barədə Suriyanın Milli ordusu məlumat yayıb. Bildirilir ki, İdlib, Hama, Hələb və digər bölgələrdəki ruslar bölgədən çıxıb. Hərbi mənbələr rusların Mənbicdən çəkilməsinin önəmli olduğunu bildiriblər. Çünki bu ərazi Hələbə gedən strateji yol üzərində yerləşir. Türkiyə üçün starteji önəmə sahib Tel Rifat istiqamətində də Rusiya əsgərləri qalmayıb. Rus hərbçilərin Ukraynaya göndərildiyi vurğulanır. Bildirilir ki, rusların çəkildiyi bəzi bölgələrdə ABŞ-ın kəşfiyyat qüvvələrinin olduğu müşahidə edilib. \\Demedia.az