Rus kəşfiyyatı iddia edir ki, ABŞ Gürcüstanda seçkilərə müdaxilə edəcək
2024-09-11 10:30:59
ABŞ Dövlət Departamenti Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkilərinə müdaxilə etmək üçün yeni vasitədən istifadə etmək niyyətindədir, Bunu Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir.
Rus kəşfiyyatının fikrincə, amerikalılar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbərliyi ilə “əməkdaşlıq” barədə razılığa gəliblər ki, qurum səsverməyə 10-20 gün qalmış ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə bağlı hesabat dərc etməlidir.
Səsvermənin ilk nəticələri dərc edildikdən sonra seçki prosesinin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy də təqdim olunacaq. Məqsəd “Gürcü arzusu” partiyasının qələbəsinin qarşısını almaqdır.
Ülviyyə, Hurriyyet.az