📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rus nazir çıxışa başladı: 5 ölkə salonu tərk etdi

2022-05-21 14:53:00

Rus nazir çıxışa başladı: 5 ölkə salonu tərk etdi

Taylandın paytaxtı Banqkokda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunun sammiti keçirilir.

Hurriyyet.az xəbər verir ki, sammitdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxışa başlayan zaman Yaponiya, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiyanı təmsil edən nazirlər salonu tərk ediblər.

Bildirilib ki, nazirlər Rusiyanın Ukraynaya hücumlarına etiraz olaraq belə bir addım atıblar.

Qeyd edək ki, ümumilikdə 21 ölkənin iştirak etdiyi sammitin gündəliyinə COVİD-19-dan sonrakı dövrdə ticarət və investisiyaların təşviqi, xüsusilə də regionda azad ticarətə aparan yollar daxildir. Bundan başqa, müzakirəsi aparılan məsələlər arasında ərzaq təhlükəsizliyi, yüksək enerji qiymətləri və turizmin bərpası da var.