Rus nefti tavan qiymətindən qat-qat ucuz satılmağa başladı
2023-01-10 11:04:00
Rusiya nefti tavan qiymətindən qat-qat ucuz satılmağa başlayıb. Belə ki, "Bloomberg"in məlumatına görə, yanvarın 6-da Primorsk limanında Rusiyanın "Urals" markalı neftinin bir barreli 37,80 dollara, Brent nefti isə 78,57 dollara satılıb.
"Bloomberg" qeyd edir ki, bazarda belə vəziyyət Aİ-nin Rusiya neftinin dəniz yolu ilə nəqlinə embarqo tətbiq etməsindən sonra (dekabrın 5-dən qüvvəyə minir) formalaşmağa başlayıb.
Qəzet qeyd edir ki, Rusiya Yaxın Şərqdən Avropaya gedən neftlə rəqabət aparmaq üçün öz neftini endirimlə satmağa məcburdur.
Ülviyyə, Hurriyyet.az