📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RUS ORDUSU BÖYÜK İTKİ VERDİ - Vurulan poliqonda 100-dən artıq hərbçi həlak olub (VİDEO)

2024-05-02 12:54:29

RUS ORDUSU BÖYÜK İTKİ VERDİ - Vurulan poliqonda 100-dən artıq hərbçi həlak olub (VİDEO)

Xəbər verdiyimiz kimi, Ukrayna Silahlı Qüvvələri ötən gün Luqanskda rus hərbi poliqonunu məhv edib.

Bu barədə "Telegram" kanallarında yayılan video və məlumata görə, hücum zamanı "ATACMS" raketlərindən istifadə olunub və poliqona 3 raket zərbəsi endrilib.

Ukrayna mənbələrinin məlumatına əsasən, sözügedən hücumda rus ordusu canlı qüvvə və hərbi texnika sarıdan ciddi itkilər verib. Belə ki, hücum nəticəsində ən azı 116 rus hərbçisinin həlak olduğu bildirilir.

Qeyd edək ki, Rusiya tərəfi hələlik bu barədə heç bir açıqlama verməyib.

AzPolitika.info