Rus ordusu jurnalistlərə hücum etdi
2022-03-05 15:56:00
Britaniyanın "Sky News" televiziyasının heyəti Ukraynanın paytaxtı Kiyevdən Buçaya gedərkən Rusiya təxribat qrupunun hücumuna məruz qalıb. Jurnalistlərin rusların hücumuna məruz qalması görüntüləri anbaan kameraya əks olunub. Avtomobildə çarəsiz halda gizlənən 5 jurnalist anlaşılmazlıq olduğunu düşünərək özlərini “biz jurnalistik” kimi təqdim ediblər. Bununla belə, ruslar atəşi dayandırmayıblar.
virtualaz.org