Rus ordusu Kurskda 2 yaşayış məntəqəsini geri qaytardı
2024-08-27 09:13:10
Rusiya ordusu Kursk vilayətində 2 yaşayış məntəqəsini azad edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov Teleqram kanalında bildirib.
Məlumata görə, əməliyyatlar zamanı Nijnaya Parovaya və Neçayev yaşayış məntəqələri azad edilib.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə daxil olub.
Axar.az