Rus ordusu sıralarına həbs koloniyalardan döyüşçülər toplayır
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir ki, rus işğalçıları müharibədə iştirak edən döyüşçüləri islah koloniyalarında məhbuslar arasından toplayırlar.
"Rusiya Silahlı Qüvvələrinin hissələrinin və Rostov vilayətində qeyri-qanuni yaradılmış digər terrorçu silahlı birləşmələrin islah koloniyalarındakı dustaqların hesabına doldurulmasına təcili ehtiyac olduğu üçün amnistiya müqabilində işğalçı qüvvələrə qoşulmaq təklifi ilə məhbuslar arasında təbliğat-təşviqat iş aparılır. Rusiya Silahlı Qüvvələri içində hər kəs, hətta hərbi xidmət təcrübəsi olmayanlar da var”, deyə Ukrayna Silahlı Qüvvələrindən qeyd edilib.
Eyni zamanda, Baş Qərargah vurğulayır ki, Ukrayna müdafiə qüvvələri layiqli cavab verir və Rusiya silahlı qüvvələrinin bütün istiqamətlərdə hücum əməliyyatını durdurur.
Bildirilir ki, son 6 saat ərzində Ukrayna qoşunlarının və düşmən qoşunlarının mövqeyində ciddi dəyişiklik olmayıb.
Ülviyyə, Hurriyyet.az