Rus ordusu Ukrayna şəhərlərinə aviazərbələr endirir
2022-02-26 14:25:00
Rusiya ordusu Ukrayna şəhərlərinə aviasiya və artilleriyadan zərbələr endirir.
Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak brifinqdə deyib.
O bildirib ki, Ukraynanın bir çox şəhərində hava həyəcanı siqnalı bütün gecə boyu səslənib:
“Rusiya ordusu dayanmadan Ukrayna şəhərlərinə artilleriya, o cümlədən reaktiv və aviasiya zərbələri endirir”.