📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rus ordusu Xersondan çıxıb? - Rəsmi açıqlama

2022-11-10 16:00:00

Rus ordusu Xersondan çıxıb? - Rəsmi açıqlama

"Baş Qərargah rus qoşunlarının Xersondan çıxarılması ilə bağlı məlumatları hələlik nə təsdiq, nə də təkzib edə bilmir.

Hurriyyet.az bakupost-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Aleksey Qromov bildirib.

"Düşmənin Kiyevi, Xarkov vilayətini, Zmeynini adasını tərk etməsi kimi Xersondan ehtimal olunan çıxış da bizim aktiv fəaliyyətimizin nəticəsidir. Biz planımıza uyğun olaraq hücum əməliyyatını davam etdiririk. Ukrayna Silahlı Qüvvələrinin döyüş əməliyyatları ilə bağlı Baş Qərargahın rəsmi məlumatlarını gözləyin”, - deyə o bildirib.