📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rus ordusuna məxsus iki qırıcı məhv edilib - Belbek aerodromuna hücumun təfərrüatları (VİDEO)

2024-05-16 12:56:01

Rus ordusuna məxsus iki qırıcı məhv edilib - Belbek aerodromuna hücumun təfərrüatları (VİDEO)

Mayın 15-nə keçən gecə Ukrayna ordusunun Krımdakı Belbek aerodrumuna endirdiyi raket zərbələri nəticəsində Rusiyaya məxsus iki "Miq-31" qırıcısı məhv edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində rus ordusunun "S-400" hava hücumundan müdafiə sistemi də sıradan çıxarılıb.

"Forbes" nəşri sözügedən hücumun ATACMS raketləri ilə həyata keçirilə biləcəyini iddia edib.

Azpolitika.info