Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
2026-01-27 11:27:42
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 820 rus hərbçisini öldürüb.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda son sutkada məhv ediıən rus hərbi texnikalarının siyahısı da dərc edilib.
Həmin siyahını təqdim edirik:
- Tank – 1 ədəd;
- Zirehli döyüş maşınları – 3 ədəd;
- Artilleriya sistemləri – 47 ədəd;
- MLRS – 2 ədəd;
- PUA - 899 ədəd;
- Hərbi nəqliyyat vasitəsi - 119 ədəd.