📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI

2026-01-28 11:26:05

Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 690 rus hərbçisini öldürüb. 

 

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda son sutkada məhv edilən rus hərbi texnikalarının siyahısı da dərc edilib.

Həmin siyahını təqdim edirik:

- Zirehli döyüş maşınları – 4 ədəd;

- Artilleriya sistemləri – 22 ədəd;

- MLRS – 1 ədəd;

- PUA - 1012 ədəd;

- Hərbi nəqliyyat vasitəsi - 77 ədəd;

- Xüsusi texnika – 2 ədəd.