📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RUS POLKOVNİK-LEYTENANT ÖLDÜRÜLDÜ

2022-06-29 12:36:00

RUS POLKOVNİK-LEYTENANT ÖLDÜRÜLDÜ

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun zabiti, polkovnik-leytenant Aleksandr Kuvşınovu zərərsizləşdirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Rusiya bürosunun layihəsi olan “Şimal. Reallıqlar” tviterdə məlumat yayıb.

Bildirilib ki, o, Baltik Donanmasının piyada dəniz qoşununun 336-cı ayrı qvardiya briqadasında xidmət edib. Hərbçi ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib. A.Kuvşınovun öldüyü ötən gün elan edilib.

  1. Zabitin ölüm tarixi və yeri məlum deyil.