"Rus Pravoslav Kilsəsinin patriarxı tribunala verildi" - XAQANİ CƏFƏRLİ
"Ukrayna Pravoslav Kilsəsinin keşişləri Qədim Şərq Patriarxlar Şurasından Krilli patriarx vəzifəsini tutmaqdan məhrum etməyi xahiş edirlər"
"Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin 240-dan çox keşişi patriarx Kirillə bağlı kilsə tribunalının yaradılmasını tələb edən məktub imzalayıb. Ukrayna Pravoslav Kilsəsinin keşişləri Rus Pravoslav Kilsəsinin patriarxı Kirillin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyi qənaətindədirlər". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, bu səbəbdən də keşişlər Qədim Şərq Patriarxlar Şurasından Krilli patriarx vəzifəsini tutmaqdan məhrum etməyi xahiş edirlər: "Moskva və bütün Rusiyanın patriarxı Kirillin Putinin müharibə avantürasını dəstəkləyən bir neçə açıqlaması var. Qərbdə isə Rusiya Pravoslav Kilsəsinə sanksiya qoyulması tələbləri güclənir. Moskva və bütün Rusiyanın patriarxı Kirillin Rusiya xüsusi xidmət orqanlarının məxfi agenti olması ilə yanaşı, Rusiya Pravoslav Kilsəsinin bütövlükdə xüsusi xidmət orqanlarının nəzarətində olması haqqında çoxsaylı təkzibolunmaz iddialar var. Rusiya ictimai rəy liderlərindən biri Aleksandr Nevzorov patriarx Kirill haqqında danışarkən bir qayda olaraq vətəndaş Qundyayev ifadəsindən istifadə edir".
Xaqani Cəfərli hesab edir ki, Azərbaycandakı Moskva Patriarxlığına məxsus kilsələrin Konstantinopol (dünya) patriarxatlığının tabeçiliyinə verilməsinin yolları tapılmalıdır.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az