Rus qırıcıları Sum şəhərini bombaladı: ölənlər var
2022-03-08 12:20:00
Martın 7-dən 8-nə keçən gecə Rusiya qırıcıları Ukraynanın Sum şəhərini bombalayıb.
Hurriyyet.az xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi yayıb.
Bombardman zamanı şəhərin Romenskaya və Spartak küçələrində yaşayış binası uçub.
Nəticədə 2-si uşaq olmaqla, 9 dinc sakin həlak olub.