📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək”

2024-04-20 14:38:51

“Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək”

“Rusiya sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”.

Hurriyyet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Rusiya sərhədçiləri müəyyən vəziyyətlə əlaqədar orada idi, lakin indi vəziyyət xeyli dəyişib və bu, bütün istiqamətlərdə öz təsirini göstərməlidir:

“Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o deməkdir ki, Ermənistan və Azərbaycanın sərhədçiləri bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla onun mühafizəsini təmin edəcəklər”, - Paşinyan bildirib. (qafqazinfo)