📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rus sülhməramlılar çıxsa, qan töküləcək - Cabarov

2022-07-21 12:08:00

Rus sülhməramlılar çıxsa, qan töküləcək - Cabarov

Rusiya Moldova hakimiyyətinin planlarına baxmayaraq, sülhməramlılarını Dnestryanıdan çıxarmayacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

“Sülhməramlı qüvvələr Dnestr çayının sol sahilində təhlükəsizliyin təminatı olub. Kişinyovdakı məsuliyyətsiz siyasətçilərin sülhməramlıların bu rolunu şübhə altına almaq, Rusiya qoşunlarının bölgədən çıxarılması ilə sülhməramlı əməliyyatın formatının dəyişdirilməsinə təkan vermək cəhdləri sabitliyin pozulmasına və qaçılmaz qan tökülməsinə gətirib çıxaracaq. Dnestryanıda 220 min Rusiya vətəndaşı yaşadığı üçün bu ssenariyə icazə verməyəcəyik”, - Cabarov bildirib.