Rus "sülhməramlıları"nın Xankəndiyə ötürdüyü iranlılar nə axtarır?
Bildiyimiz kimi, Qarabağın rus "sülhməramlılaır"nın nəzarətində olan bölgəsinə elə rus hərbçilərinin icazəsi ilə İran vətəndaşlarının daxil olması aşkarlanmışdı. Bu günlərdə rus sülhməramlılarının nəzaərti altlndakı Xankəndiyə 13 iranlının qanunsuz daxil olması haqda bildirilir.
Beləliklə, İrandan Azərbaycan ərazisinə müxtəlif dəstələrin keçirilməsi artıq kütləvi hal alır. Ümulikdə 6 gün ərzində - noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub.
Əgər İranın Azərbaycana qarşı təxribat xarakterli məqsədyönlü fəaliyyət yürütdüyünü nəzərə alsaq əminliklə təxmin edə bilərik ki, həmin iranlıların şübhəli ziyarəti əsasən iki niyyətlə baş verib. İranın narkotik ticarətinin 44 günlük müharibədən sonra üzünə bağlanan Qarabağ qapılarını yenə hansısa şəkildə istifadə etmək və Azərbaycanın məğlubiyyətin şərti kimi ermənilərə diqtə etdiyi qanunsuz silahlı quldur dəstələrinin ləğvinə yol verməmək, əskinə onları silahlandırmaq. Əgər İran tərəfi rus sülhməramlılarının nəzarət etdiyi yol və əraziləri hansısa şəkildə narkotik marşrutu kimi istifadə etməyə nail olursa və rus hərbi kontingentindən də bu məqsədlə yararlanırsa bu məsələ Kremlin nəzarətindən kənarda baş verə bilməz. Tehran molla rejimi üçün böyük əhəmiyyət kəsb edən və rejimə nəhəng gəlirlər qazandıran narkotik ticarəti "Qum oxu" üçün çox vacibdir. İsitnsna etmək olmaz ki, Rusiya tərəfi də bunda "payşik" kimi iştirak etmir. Məlum-siyasi maraqlar ticari maraqların üzərində qurulru.
Ülviyyə, Hurriyyet.az